Millimizin oyununu norveçli hakimlər idarə edəcək

16:21 - 27 Sentyabr 2026

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avro-2027-nin seçmə mərhələsi çərçivəsində Şotlandiyaya qarşı keçirəcəyi oyunun təyinatları açıqlanıb.

Sportal.az xəbər verir ki, görüşü Norveçdən olan ədalət təmsilçiləri idarə edəcəklər.

Matçın baş hakimi Matias Stofrinqşauq olacaq. Ona yan xətlərdə Erland Hareland və Edvard Helqerud köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Mohammad Usman Aslam yerinə yetirəcək.

Qeyd edək ki, Şotlandiya - Azərbaycan qarşılaşması sentyabrın 30-da keçiriləcək və Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.

Xəbər xətti