Bu mövsüm çempionluğu hədəfləyən "Turan Tovuz"un düşərgəsindən yeni xəbər var. Rəhbərlik bu mövsüm kluba transfer olunmuş Stiv Beusnarın performansından narazıdır.
Sportal.az saytının əldə etdiyi məlumata görə, "Turan Tovuz"un rəhbəri Ehtiram Quliyev bu futbolçunun keçidinə qarşı olub. Başqanı 34 yaşlı fransalı oyunçu üçün 250 min avro illik əməkhaqqının çox olması narahat edib. Amma Kurban Berdiyev bu transferdə israr edib və bildirib ki, çempionluq üçün heyətdə məhz belə səviyyəli futbolçulara ehtiyac var.
Lakin arxada qalan 6 turda Beusnarın ortaya qoyduğu oyun yenidən narahatlığa səbəb olub. 5 oyunda meydanda olan fransalı heç bir matçda 90 dəqiqə oynamayıb.
"Qəbələ"yə qarşı 45 dəqiqə,
"Şamaxı" ilə 66 dəqiqə,
"Kəpəz"lə 32 dəqiqə,
"Sumqayıt"la 6 dəqiqə,
"Araz-Naxçıvan"la oyunda 17 dəqiqə meydanda olub. "Zirə" ilə matçı buraxıb.
saytlarin hazirlanmasi
