Tovuzlu azarkeşlər böyük mitinqə hazırlaşır: "Elxan Məmmədov üzr istəyəcək"

00:26 - 26 Fevral 2015

"Belə savadsız birinin ölkə futbolunu necə idarə etdiyi göz qabağındadı"
 
Elxan Məmmədovun ölkə mətbuatına verdiyi açıqlama böyük rezonans doğurub.
 
Sportal.az xəbər verir ki, hətta tovuzlu azarkeşlər şəhər stadionun qarşısında aksiya da keçiriblər. “Turan” - “Neftçi” oyununun danışmış olduğunu və bu oyunu “faciəvi oyun” adlandırması tovuzlu futbolsevərləri ayağa qaldırıb.  
 
2009-cu ildə bu haqda araşdırılma aparılmış və qurum şübhələrin əsassız olduğun rəsmi olaraq təsdiqləmişdi. Lakin Məmmədov son açılqlamasında belə ifadələr işlətməsi onun başının milliləşdirilməli legionerlər axtarışına qarışdığını göstərir. “Turan” və “Neftçi”dən başqa “İnter” və “Simurq”u da ittiham edən baş katibə qarşı aksiya keçirən Tovuz azarkeşləri Məmmədovun onlardan üzr istəməsini tələb ediblər: 
 
Salman Sadıqov: “Futbolda istənilən nəticə olur. “Milan” 3:0 olduğu halda Çempionlar Liqasında “Liverpul”a məğlub olur. Deməli Məmmədovun yanaşmasına görə “Milan” oyun satıb? Bu söz tək Tovuz yox, ümumiyətlə ölkə futboluna təhqirdi. Belə savadsız birinin ölkə futbolunu necə idarə etdiyi göz qabağındadı. Cənab İlham Əliyevin imzaladığı proqramın ilk ilində yüksək liqada 18 komanda var idi. Məmmədovun “çalışqanlığı” sayəsində 9 komanda ilə baş qatırlar. Deyir autsayderlər qrupunda yer alan komandalar oyun satır. Məmmədov, bəs sənin buyuruğuna qul olan “Sumqayıt” nədir? Çempionluğa oynayır? Ordan-burdan lazımsız legionerləri “Sumqayıt”a, ordanda milli komandalara sırımaqdan başın açılsaydı indi Premyer Liqada 9 yox, 18 komanda olardı. Belə vəzifədə oturan bir insanın belə açıqlama verməsi isə biabırçılıqdı. Bəs sən nəyə oturmusan orda? Əgər cinayət varsa, cəza da olmalıdı. Niyə oyun alan “Neftçi” çempionatda oynayır? “Yuventus” kimi klub 2-ci liqaya atılır. Bəs sən niyə rəhbər şəxs ola-ola bu cinayəti cəzasız qoymusan? Bizim tələbimiz Məmmədovun “Turan” və “Neftçi” azarkeşlərindən içtimaiyyət qarşısında üzr istəməsidi. Ya da dediyi kimi cinayət varsa, bu klubların hamısı cəzalanıb, aşağı liqaya qovulsun”.
 
Vidadi Tağıyev: “Kabinetdə oturub, işindən xəbəri olmayan bir adam futbolu necə inkişaf etdirə bilər? Azərbaycan futbolunun beşiyi Tovuzu ləkələmək nə deməkdi? Tovuzun futbolumuza etdiyinin 1 faizini ömrünun sonuna qədər edə bilməz Elxan Məmmədov. Bu haqda Ölkə başçısına, AFFA prezidentinə, Milli məclisə şikayət məktubu da ünvanlamışıq. Ölkə futbolunun beşiyinə ləkə yaxmağın özü elə bir cinayətdi. Onun necə iş gördüyü göz qabağındadı. O vaxt qeyd olunan oyunda “Neftçi”nin baş məşqçisi Vaqif Sadıqov idi. Deməli baş rolda olanlardan biri də Vaqif müəllim olub .İndi o hardadı? Elxan Məmmədovun dizinin dibində, məşqçilər komitəsinin sədridi. Bəs Elxan Məmmədov belə təmiz biridirsə, belə “faciəvi oyunda” baş rolda olan Sadıqova niyə vəzifə verir? Hətta onun adını İcraiyyə Komitəsinə namizəd kimi də göstərir? İlk öncə insan öz əməlini araşdırmalıdı. Bu açıqlaması ilə o , düşmən qazandı. Tovuzda 7-dən 77-yə hamı futbolu bilir. Özü də Elxan Məmmədovdan da yaxşı. Belə özünü biabır etməkdənsə qoy öz işini görsün, futbolumuzun ehtiyacı olan Tovuzu, Gəncəni, Mingəçevirin ayağa qalxmasına çalışsın, gücünü “Sumqayıt”a, küçədə qalan leginerləri milli komandalara gətirməyə yox, onlardan qat-qat üstün futbolçular yetişdirəcək bu şəhərlərə sərf etsin. Biz tovuzlu azarkeşlər ondan, bizdən üzr istəməsini tələb edirik. Hazırda Xocalı soyqırımının ildönümü ilə əlaqədar olaraq böyük piket keçirmək istəmədik. Soyqırımın anım günündən sonra  Tovuz Rayon icra başçısı Tofiq Zeynalova da müraciət edərək rayon Elxan Məmmədova qarşı böyük piket keçirəcəyik”.

Xəbər xətti