İnamla irəli
Gəncədə fəaliyyət göstərən "Gənc qapıçılar" klubunun bu gün 1 yaşı tamam olur.
Sportal.az xəbər verir ki, cəmi bir ildir fəaliyyətə başlamasına baxmayaraq, bir çox nailiyyətlərə imza atan klub gələcəkdə də millimizə yüksək səviyyəli qapıçılar yetişdirmək arzusundadır. Belə ki. "Gənc qapıçılar" klubunda məşğələləri Xəyal Zeynalov və Tariyel Hüseynov aparır. Təhsil Respublika İdman Mərkəzinin Gəncə Filialının məşqçi müəllimləri təlimdə yeniyetmələrə futbolun sirlərini öyrətməklə gələcəkdə millimizin də şərəfini qorumağı qarşılarına məqsəd qoymağı tapşırırlar.
Nəzər alsaq ki, hər iki gənc mütəxəssis futbolumuzda öz sözünü demiş qapıçılardandı, gələcəyin etibarlı əllərdə olduğunu söyləmək olar.
saytlarin hazirlanmasi