"Qəbələ" qrup mərhələsindəki ev oyunlarını harda keçirəcək?

12:39 - 29 Avqust 2015

İlk oyun PAOK-la olacaq

 

"Qəbələ" klubu Avropa Liqasının qrup mərhələsində ev oyunlarını keçirəcəyi stadionu müəyyənləşdirib. 

 

Sportal.az xəbər verir ki, bunu "Report"a klubun meneceri Səbuhi Səfiyarlı bildirib. 

 

Onun sözlərinə görə, "qırmızı-qaralar" rəqiblərini "Bakcell Arena"da qəbul edəcəklər. Hazırda həmin stadionun ot örtüyü sentyabrın 3-də Azərbaycan və Xorvatiya yığmaları arasında keçiriləcək AVRO-2016-nın seçmə qrup matçına hazırlanır. "Qəbələ"nin ilk ev oyunu sentyabrın 17-də Yunanıstan PAOK-una qarşı olacaq.

 

Qeyd edək ki, "Qəbələ" Avropa Liqasında II təsnifat mərhələsindən etibarən ev oyunlarını məhz Bakının 8-ci km qəsəbəsində yerləşən stadionda keçirib. 2012-ci il sentyabrın 14-də rəsmən açılan arena 11 mindən çox tamaşaçı tutumuna malikdir. Avroliqanın qrup mərhələsində "qırmızı-qaralar"ın rəqibləri "Borussiya" (Dortmund, Almaniya), PAOK (Yunanıstan) və "Krasnodar" (Rusiya) olacaq. 

Xəbər xətti