Qurban Qurbanov: "Hesabın 2:1 və ya 3:1 olması əhəmiyyət kəsb eləmirdi"

02:32 - 18 Sentyabr 2015

"Bəlkə də müəyyən boşluqlar oldu deyə belə səhvlər alındı"
 
“Məğlub olmaq istəməzdik. Rəqib həqiqətən də yaxşı komandadı. Ancaq öz futbolçularımız da səhvlər elədi”.
 
Sportal.az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib. UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində səfərdə "Tottenhem”in qonağı olan ağdamlıların baş məşqçisi 1:3 hesablı məğlubiyyətdən sonra fikirlərini bölüşüb:
 
“İlk oyun idi, istər-istəməz futolçularda həyəcan var idi. Hesabın 2:1 və ya 3:1 olması əhəmiyyət kəsb eləmirdi. Bəlkə də müəyyən boşluqlar oldu deyə belə səhvlər alındı. İnanıram ki, qarşıdakı oyunlarda daha yaxşı nəticələr əldə edə biləcəyik”.

Xəbər xətti