Ən çox "Kəpəz" - "Qarabağ" matçında
Premyer Liqanın V turu keçirilən 5 oyunla arxada qalıb.
Sportal.az xəbər verir ki, bu turda stadiona gələn azarkeşlərin ümumi sayı 24 min 600 nəfər olub. Ən çox azarkeş Gəncə şəhər stadionunda qeydə alınıb ki, "Kəpəz" - "Qarabağ" matçını 20 min azarkeş izləyib.
Ötən gün keçirilən "Qəbələ" - "Sumqayıt" oyununu 2000, "Neftçi" - "Xəzər Lənkəran" matçını 1500, "Zirə" - "Rəvan" qarşılaşmasını isə 1000 tamaşaçı stadiondan izləyib. Ən az azarkeş isə AZAL - "İnter" matçında olub ki, "AZAL Arena"ya cəmi 100 azarkeş gəlib.