Azərbaycan kubokunun püşkü atıldı YENİLƏNİB

12:32 - 7 Oktyabr 2015

19 komanda iştirak edəcək

 

Bu gün AFFA-nın inzibati binasında Azərbaycan kubokunun 2015/16 mövsümünün püşkü atılıb.

 

Sportal.az xəbər verir ki, Azərbaycan kuboku uğrunda  19 komanda mübarizə aparacaq. Komandaların 10-u Premyer Liqa, 9-u isə I divizionun təmsilçiləridir.

 

Azərbaycan kubokunun iştirakçıları bu komandalardır: “Qarabağ”, “İnter”, “Qəbələ”, “Neftçi”, AZAL, “Xəzər Lənkəran”, “Sumqayıt”, “Rəvan”, “Kəpəz”, “Zirə”, “Bakı”, “Neftçala”, “Qaradağ Lökbatan”, “Turan Tovuz”, “Şahdağ”, “Şəmkir”, “Mil Muğan”, MOİK, “Şərurspor”dur. I divizionun digər 5 komandası – “Energetik”, “Göyəzən”, “Bakılı”, “Ağsu” və “Zaqatala” isə yarışa qatılmayacaq.

 

Yarışın ilk mərhələsində - 1/16 finalda aşağı dəstənin 6 komandası 3 cüt təşkil edəcək. Qalib komandalar digər 13 komanda – Premyer Liqanın 10, I divizionun 3 komandası ilə birlikdə 1/8 final cütlərini müəyyənləşdirəcək.

 

Qeyd edək ki, 1/16 final mərhələsinin qarşılaşmaları oktyabrın 14-də baş tutacaq.

 

1/16 final

1. MOIK - “Turan-Tovuz”

2. “Şahdağ” - “Şəmkir”

3. “Şərurspor” - “Qaradağ-Lökbatan”

 

1/8 final

4. “Turan-Tovuz” - MOIK cütünün qalibi - “Inter”

5. “Rəvan” - “Bakı”

6. “Qarabağ” - “Şahdağ” - “Şəmkir” cütünün qalibi  

7. “Sumqayıt” - “Neftçala”

8. “Neftçi” - “Şərurspor” - “Qaradağ-Lökbatan” cütünün qalibi

9. “Xəzər Lənkəran” - “Kəpəz”

10. “Qəbələ”  - “Mil-Muğan”

11. AZAL - “Zirə”

 

1/4 final 

2 mart – 9 mart 12. 4-cü cütün qalibi – 5-ci cütün qalibi 13. 6-cı cütün qalibi – 7-ci cütün qalibi 14. 8-ci cütün qalibi – 9-cu cütün qalibi 15. 10-cu cütün qalibi – 11-ci cütün qalibi

 

1/2 final 

27 aprel – 4 may 16. 12-ci cütün qalibi – 13-cü cütün qalibi 17. 14-cü cütün qalibi – 15-ci cütün qalibi

 

Final 

25 may 18. 16-cı cütün qalibi – 17-ci cütün qalibi

Xəbər xətti