Rahid Əmirquliyev: "Qışa qədər səbr etməliyik"

00:02 - 25 Oktyabr 2015

"Kəpəz"dən üstün oynadıq, ancaq xal qazana bilmədik"
 
"Ağır oyun oldu, bura xal qazanmaq üçün gəlmişdik, amma məğlub olduq. Oyunumuz alınmır, ilk hissədə yaxşı oynamadıq, ikinci hissə bir az yığışdıq. "Kəpəz"dən üstün oynadıq, ancaq xal qazana bilmədik. Qol epizodlarımız da oldu, alınmadı. Rəqibi də qələbə münasibəti ilə təbrik edirəm".
 
Sportal.az xəbər verir ki, bu sözləri "Kəpəz"lə oyundan sonra "Xəzər Lənkəran"ın kapitanı Rahid Əmirquliyev bildirib. O, komandadakı maliyyə problemi va bir neçə məsələyə də şərh verib:
 
"Biz həmişə iddialı yerlər üçün oynayan komanda olmuşuq, hazırki durumda yaxşı yerlərdə deyilik. Bu da bizə pis təsir. FİFA-nın məlum qərarından sonra qışa qədər səbr etməliyik. Maksimum xallar toplamağa çalışmalıyıq. Maliyyə probleminin komandaya ciddi təsiri yoxdur, klub rəhbərliyi bizim yanımızdadır, söz veriblər qısa müddətdə bu problem həll olunacaq".

Xəbər xətti