"Futbolçulara mükafat veriləcək"
Premyer Liqanın 9-cu turunda “Sumqayıt” doğma meydanında “Qarabağ”ı 1:0 hesabı ilə məğlub edib.
Oyundan sonra “Sumqayıt” komandasının prezidenti Kamran Quliyev sportal.az-a müsahibə verib:
- Çox Sevincli görünürsüz...
- “Səsim batıb (gülür). Təbii ki, çox sevincliyəm. Bütün komandamızı, azarkeşlərimizi təbrik edirəm. Mən də azarkeşəm. Tribunaya qalxanda azarkeşlərdən biri mən oluram. Qazanılan qələbənin 50%-i azarkeşlərin payına düşür
- Oyun haqda fikirləriniz nədir?
- Şübhəsiz ki, biz bu həftə Avropanın nəhənglərindən olan “Monako” ilə bərabər səviyyədə olan bir komanda ilə oynadıq. Demək olmaz ki, “Qarabağ”ın şansı bu gün çox idi. Bütün “Sumqayıt” azarkeşlərini sevindirdik.
- Dediniz ki, qələbədə azarkeşlərin payı 50%-dir. Bəs, neçə faizi yeni baş məşqçinindir?
- 50% azarkeşlərindir. Qalan 50% isə, baş məşqçi və futbolçuların payına düşür. Bu qələbən kollektiv şəkildə əldə edildi.
- Kifayət qədər azarkeş var idi və çox azarkeşlər ayaq üstə matçı izləyirdi. Gələcəkdə stadionun tribunaları artırılacaq?
- Bu sualı kompleksin sahibinə vermək olar. Hazırda bu məsələ ilə bağlı biz müraciət etməmişik. Amma açığı sizə deyim ki, azarkeş tutumu həqiqətən də azdır. 3 minlik, 5 minlik hətta 8 minlik tribunalarımız olarsa, hər şey qaydasında olacaq
- “Sumqayıt bu gün lideri əliboş yola saldı. Komandaya mükafat veriləcək?
- Təbii ki, bəli veriləcək
saytlarin hazirlanmasi