Bu sözləri Sportal.az-a açıqlamasında "Qarabağ"ın müdafiəçisi Vladimir Dmitrovski "Sumqayıt"la oyundan sonra bildirib. Müdafiəçi qarşıdakı həftə ərzində iki oyunun komandada fiziki yorğunluq yaratmayacağını da dilə gətirib:
"İnanmıram, komandamızda yorğunluq olsun. Çox geniş heyətə malik komandamız var. Həm "Monako” həm də, AZAL və "Rəvan”la qarşılaşmalara yaxşı hazırlaşacağıq. Hər üç oyunda maksimum nəticə qazanmaq üçün meydanda vuruşacağıq".
"Əlbəttə, komandama kömək də bilməməyim mənə pis təsir edir. Amma ediləcək bir şey yoxdur. Bütün oyunlarda komandama dəstək oluram, qrupumuz çox çətindir, amma ən azından ev oyunlarının hamısında qalib gələ bilərik".