"Xəzər Lənkəran"da klub rəhbərliyi komanda ilə görüşəcək: Nələr müzakirə ediləcək? ÖZƏL

00:02 - 27 Oktyabr 2015

Maliyyə problemi müzakirə ediləcək
 
Bu gün "Xəzər Lənkəran"da "Sumqayıt"la matç öncəsi klub rəhbərliyi komanda ilə görüşəcək.

Sportal.az-ın əldə etdiyi özəl məlumata görə, iclasda əsas müzakirə mövzularından biri komandada son vaxtlar yaşanan maliyyə problemləridir. Məhz bu iclasda maaşların veriləcəyi konkret tarixin açıqlanacağı gözlənilir. Maliyyə məsələləri ilə yanaşı, komandanın son oyunlardakı qazandığı nəticələr və qarşıdakı oyunlarda hədəflər də müzakirə ediləcək.

Xəbər xətti