Sportal.az-ın əldə etdiyi özəl məlumata görə, "Sumqayıt"ın futbolçuları bu qələbənin qarşılığında klub rəhbərliyi tərəfindən yetərincə mükafatlandırılıb. Belə ki, bu oyunda 90 dəqiqə meydanda olan hər bir futbolçuya 1000 manat, sonradan meydana daxil olan futbolçuya bu məbləğin 75 faizi, ehtiyyat skamyasında olan futbolçular 50 faiz, ilk "18-lik"də yer almayan futbolçular isə bu məbləğin 25 faizi miqdarında mükafat qazanıb.