Komitənin qərarları
İntizam Komitəsinin bu gün növbəti iclası keçirilib.
Sportal.az xəbər verir ki, keçirilən iclasında aşağıdakı qərarlar qəbul olunub.
Azərbaycan Premyer Liqasının IX turunun AZAL – “Neftçi” matçının 90+4-cü dəqiqəsində “Neftçi” klubunun 3 №-li futbolçusu Jairo Rodriges sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur.
Əvəzedici heyətlərin IX turunun AZAL – “Neftçi” matçının 82-ci dəqiqəsində AZAL klubunun 56 №-li futbolçusu Əfsər Məmmədov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur
saytlarin hazirlanmasi