"Qarabağ"dan heç-heçə, "Qəbələ" və "Xəzər Lənkəran" məğlub oldu YENİLƏNİB

19:53 - 13 Dekabr 2015

16-cı tura yekun vuruldu
 
Bu gün keçirilən 3 qarşılaşma ilə Azərbaycan Premyer Liqasında 16-cı tura yekun vurulub.
 
Sportal.az xəbər verir ki, günün ilk matçı Şüvəlanda baş tutub. Turnir cədvəlinin sonlarında qərarlaşan AZAL və “Xəzər Lənkəran” “AZAL Arena”da üz-üzə gəliblər. Matçda meydan sahibləri 1:0 hesablı qələbə qazanıblar.
 
Günün ikinci matçı Qəbələdə keçirilib. “Qəbələ” paytaxtın “Neftçi” komandasını qəbul edib. Bu maraqlı qarşılaşmada isə qonaqlar 1:0 hesablı qələbəyə seviniblər.
 
Tura Zirədə yekun vurulub. Lider “Qarabağ” Premyer Liqanın debütantı “Zirə"nin qonağı olub. Qarşılaşmada hesab açılmayıb. 0:0
 
Azərbaycan Premyer Liqası, 16-cı tur
13 dekabr 
 
AZAL – “Xəzər Lənkəran” 1:0
Qol: Murad Səttarlı,70
Hakimlər: Rauf Cabbarov, Namiq Hüseynov, İsgəndər Əliyev, Nail Nağıyev
"AZAL Arena".
 
15:30. “Qəbələ” – “Neftçi” 0:1
Qol: Rodriqes Filyo,22
Hakimlər: Rəhim Həsənov, Rza Məmmədov, Akif Əmirəli, Zeynal  Zeynalov        
Qəbələ şəhər stadionu.
 
 
18:00. “Zirə” – “Qarabağ” 0:0
Hakimlər: Orxan Məmmədov, Knyaz Əmiraslanov, Kamran Bayramov, Coşqun Həsənov                      
Zirə İdman Kompleksinin stadionu.
 
Turnir cədvəli
 

N
Klublar
O
Q
H
M
T-F
X
1
Qarabağ
16
11
3
2
25-9
36
2
Qəbələ
16
7
6
3
23-11
27
3
Zirə
16
6
8
2
15-12
26
4
İnter
16
6
 6
4
14-12
24
5
Neftçi
16
6 5 5
18-16 
23
6
Kəpəz
16
5 7 4
17-16
22
7
Sumqayıt
16
3
7
6
18-23
16
8
AZAL
16
4
4
8
9-17
16
9
Xəzər L.
16
3
3
10
10-21
12
10
Rəvan
16
2
5
9
9-21
11
 
Riçard Almeyda ("Qarabağ") - 6 qol
Ruslan Qurbanov ("Neftçi") - 6 qol
Aleksey Antonov ("Qəbələ") - 6 qol
Dieqo Martins ("İnter") -5 qol

Xəbər xətti