"Baxışa gedərkən anamdan 160 avro almışdım"
"Lester Siti"nin əlcəzairli futbolçusu Riyad Mahrez maraqlı açıqlamarı ilə diqqət çəkib.
Sportal.az xəbər verir ki, Premyer Liqada mövsümün ən yaxşı futbolçusu seçilən Mahrez jurnalistin "Sizi Avropa çepionatında görməmək üzücüdür. Niyə Fransa millisini seçmədiniz?" sualına belə cavab verib:
"Fransa millisini seçsəydim, cənnətdən məni izləyən atamı məyus edərdim".
25 yaşlı futbolçu Fransanın aşağı liqasında mübarizə aparan "Qimper" klubuna baxışa getdiyi günləri belə xatırladıb:
"Qimper" klubuna baxışa gedərkən anamdan 160 avro almışdım və bir gün bunu geri qayatracağımı söyləmişdim. Fikrimcə, dediyimi etmişəm".
saytlarin hazirlanmasi