"Qarabağ" "Qəbələ" ilə heç-heçə etdi, "Zirə" "Neftçi"yə qalib gəldi - YENİLƏNİB

20:58 - 20 Aprel 2024

Azərbaycan Premyer Liqasında 31-ci turun görüşləri davam edir.

Sportal.az xəbər verir ki, bu gün iki qarşılaşma təşkil olunacaq.

Günün ilk oyunu "Qarabağ"la "Qəbələ" arasında baş tutub. Tofiq Bəhramov adına Respublika Stadionundakı matç 2:2 hesablı bərabərliklə başa çatıb.

İkinci oyun isə Zirədə keçirilib. Burada "Zirə" "Neftçi"ni qəbul edib. Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

20 aprel (şənbə)

“Qarabağ” – “Qəbələ” 2:2
Qollar: 
Yassin Benzia, 66, Abdullah Zubir, 71 - Bilel Auaşeriya, 19, Yaovi Akakpo, 85
Hakimlər: Fərid Hacıyev, Pərvin Talıbov, Rəhman İmami, Kamranbəy Rəhimov
Hakim-inspektor: Barış Şimşek
AFFA nümayəndəsi: Asif Əliyev
Tofiq Bəhramov adına Respublika Stadionu, 16:30

“Zirə” – “Neftçi” 3:1
Qollar: 
Rəhim Sadıxov, 43, Fuad Bayramov, 78, Vladislav Kulaç, 85 - Emin Mahmudov (pen)
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Kamal Umudlu
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: İlham Əliyev
Zirə İdman Kompleksinin stadionu, 19:00

Xəbər xətti