"Yuventus" sabiq futbolçusunu geri qaytarır

16:32 - 2 May 2024

"Atletiko"nun(Madrid) hücumçusu Alvaro Morata "Yuventus"a qayıtmağa hazırlaşır. 

Sportal.az xəbər verir ki, bu barədə “Football Italia” məlumat yayıb. 

Mənbənin sözlərinə görə, ispaniyalı forvard Turin klubuna keçmək üçün illik 7 milyon avroya oynamağa hazırdır. 

Futbolçunun İtaliya çempionatına transfer qərarına Moratanın həyat yoldaşının İtaliya əsilli olması da təsir göstərə bilər. 

Həmçinin bildirilir ki, Alvaronun "Atletiko" ilə müqaviləsində istənilən kluba getməsinə icazə verən şərt var. 

O, 2014-2016, 2020-2022-ci illərdə "Yuventus”da oynayıb. Morata İspaniya klubunun heyətində 44 oyun keçirib, 20 qol vurub, 4 məhsuldar ötürmə edib. 

Xəbər xətti