"Qalatasaray"dan Okan Buruk qərarı

16:10 - 20 Aprel 2024

"Qalatasaray" baş məşqçisi Okan Burukun gələcəyi ilə bağlı qərar verib.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi 50 yaşlı mütəxəssisin müqaviləsinin müddətini uzadacaq. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Türk məşqçinin maaşı da artırılacaq. Onun hazırda illik 20 milyon TL olan əməkhaqqısı 50 milyon TL-yə yüksəldiləcək.

Qeyd edək ki, Okan Buruk 2022-ci ilin yayından "Qalatasaray"ı çalışdırır. "Sarı-qırmızılar" ötən mövsüm onun rəhbərliyi altında ölkə çempionu olub. Komandabu mövsüm isə 32 turdan sonra 87 xalla liderdir.

Xəbər xətti