"Qəbələ"nin legioneri "Zirə"yə keçə bilər

12:34 - 22 Aprel 2024

"Qəbələ"nin yarımmüdafiəçisi Bilal Auaşeriyanın xidmətində maraqlı olan komandalar var. 

Sportal.az saytına verilən məlumata görə, “Qəbələ” Premyer Liqada sonuncu pilləni tutaraq, Birinci Liqaya düşsə belə, fransalı yeni mövsümə də Azərbaycanda başlaya bilər.

Onun xidmətində maraqlı olan komandalardan biri “Zirə”dir. Bilal bu mövsümkü performansı ilə qəsəbə təmsilçisinin transfer siyahısına düşüb. 

30 yaşlı fransalının “Qəbələ” ilə müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir. O, mövsümün əvvəlində bölgə klubu ilə anlaşmışdı.

“Sent-Etyen”in yetirməsi olan Bilal “Sportinq Kovilya”, “Farense”, “Jil Visente” komandalarında oynayıb.
 

Xəbər xətti