Musa oynamadı, "Yurqorden" uduzdu

22:17 - 21 Aprel 2024

İsveç çempionatında 4-cü turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, Musa Qurbanlının formasını geyindiyi “Yurqorden” AİK-lə qarşılaşıb.

Stokholmdakı görüşdə Musa meydana çıxmayıb.

Görüş isə AİK-in 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Dörd turdan sonra “Yurqorden” aktivində 7 xal var və 3-cü pillədə qərarlaşıb.

Xəbər xətti