Millimizin üzvü cəzalandırıldı

20:44 - 21 Aprel 2024

Azərbaycan milli komandasının üzvü Anton Krivotsyukun formasını geyindiyi “Daejon” Cənubi Koreya çempionatında növbəti matçına çıxıb.

Sportal.az xəbər verir ki, onun komandası 6-cı turda “Daequ”nun qonağı olub.

Qarşılaşma 0:0 hesabı ilə yekunlaşıb. Meydana start heyətində çıxan Krivotsyuk sona qədər oynayıb.

Anton 77-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb. “Daejon” 8 turdan 6 xalla sonuncu pillədədir.

Xəbər xətti