"Yurqorden"in rəsmisi Musa haqda: "Komandadan ayrılmaq istədiyini deməyib"

11:19 - 22 Aprel 2024

İsveçin "Yurqorden” klubunun idman direktoru Bosse Andersson millimizin forvardı Musa Qurbanlının komandadan gedəcəyi ilə bağlı yayılan xəbərlərdən danışıb.

Sportal.az xəbər verir ki, “Alfonbladet”ə açıqlama verən klub rəsmisi yayılan xəbərləri təkzib edib:

"O, iyunda “Qarabağ”a icarəyə veriləcəkmi? Transfer pəncərəsi bağlıdır. Bu mövzuda müzakirəmiz yoxdur, amma Azərbaycan mediası onu diqqətlə izləyir. Qurbanlı ayrılmaq istədiyini deyib? Yox, deməyib. Onunla yaxşı dialoqumuz var və təbii ki, Musa da hər bir futbolçu kimi oynamayanda əsəbiləşir”.

Musa "Yurqorden"lə 2023-cü il iyul ayında üç illik müqavilə imzalayıb.

Xəbər xətti