"Turan Tovuz"un evdəki ilki

11:34 - 22 Aprel 2024

"Turan Tovuz" Azərbaycan çempionatlarının yüksək dəstəsində ilk dəfə evdə böyük hesabla uduzub.

Sportal.az PFL-ə istinadən xəbər verir ki, bu, Misli Premyer Liqasının XXXI turunun “Sumqayıt”la görüşündə qeydə alınıb. Qonaqlar bu görüşdə 4:1 hesablı qələbə qazanıblar.

Premyer Liqada ötən mövsüm debüt edən Tovuz təmsilçisi əvvəlki 33 ev matçında 2-dən artıq top fərqi ilə uduzmamışdı. Qərblilər həm də ilk dəfə öz meydanında 4 qol buraxıb. “Sumqayıt”a qədər Tovuzda ən çox qol vuran qonaq komanda 3 dəfə fərqlənib.

Qarşılaşmada iki yubiley də gerçəkləşib. “Turan Tovuz”un bu matçdakı yeganə qoluna imza atan Otto Con klub tarixinə 50-ci ev topunun müəllifi olub. Tovuzluların öz meydanında buraxdığı 50-ci qola isə Erik Sorqa imza atıb.

Xəbər xətti