"Milan" baş məşqçi postuna bu mütəxəssisi gətirməyi planlaşdırır

12:18 - 22 Aprel 2024

"Milan" mövsümün sonunda baş məşqçi Stefano Pioli ilə yollarını ayıracaq. 

Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, "rossonyerlər"in yeni baş məşqçisinin kim olacağı isə hələ ki, dəqiq deyil.

"Milan" rəhbərliyi artıq bəzi mütəxəssislərlə danışıqlara başlayıb.

İtaliya nəhəngi "Real" və "Mançester Siti"nin sabiq baş məşqçisi Manuel Pelleqrinini bu posta dəvət etmək üçün onunla danışığa start verib. 

"Milan" hazırda 69 xalla ikinci pillədədir.

Xəbər xətti