"Liverpul" əlcəzairli futbolçu ilə anlaşdı

13:49 - 22 Aprel 2024

"Liverpul"un yayda heyətinə qatacağı futbolçulardan birinin kimliyinə aydınlıq gəlib.

Sportal.az "The Mirror"a istinadən xəbər verir ki, "Vulverhempton”un 22 yaşlı müdafiəçisi Rayan Ait-Nuri Mersisayd klubuna keçəcək.

"Liverpul" əlcəzairli futbolçunun keçidini həll edib. Transferin 45 milyon avroya başa gələcəyi gözlənilir.

Ait-Nuri İngiltərə Premyer Liqasında bu mövsümü 28 matça çıxıb, 2 qol vurub və 1 asist edib. 

Əlcəzair millisinin üzvü “Anjer”də oynadıqdan sonra 2021-ci ildə “Vulverhempton”a transfer olmuşdu.

Xəbər xətti