"Mançester Siti"dən ayrılır, yeni komandası bəllidir

15:51 - 22 Aprel 2024

Portuqaliya millisinin və "Mançester Siti"nin üzvü Bernardo Silva Fransaya yollanmağa hazırlaşır.

Sportal.az "A Bola"ya istinadən xəbər verir ki, PSJ 29 yaşlı yarımmüdafiəçini transfer etməyi planlaşdırır.

Bernardonun "şəhərlilər"lə müqavilə müddəti 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

Silva "Barselona"dan təklif alsa da, PSJ-yə üstünlük verdiyi bildirilir.

O, bu mövsüm Premyer Liqada 27 oyun keçirib, 6 qol vurub və 4 məhsuldar ötürmə edib.

Xəbər xətti