"Barselona"da şok itki: Mövsümü erkən başa vurdu

16:32 - 22 Aprel 2024

"Barselona"nın heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisinin yarımmüdafiəçisi Frenki de Yonq sıradan çıxıb.

Niderlandlı futbolçu La Liqanın 32-ci turunun "Real"la matçında (2:3) zədələnib. Ayağından zədə alan 26 yaşlı orta xətt oyunçusu ən azı 5 həftə yaşıl meydanlardan uzaq qalacaq. O, mövsümün qalan hissəsində komandaya kömək edə bilməyəcək.

Qeyd edək ki, "Barselona" Frenki de Yonqu 2019-cu ilin yayında "Ayaks"dan transfer edib. Niderland millisinin üzvü bu mövsüm La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 30 rəsmi matçda 2 qol vurub.

Xəbər xətti