"Barselona" "El Klasiko"nun yenidən keçirilməsini tələb edə bilər

19:15 - 22 Aprel 2024

"Barselona" İspaniya La Liqasının 32-ci turunun "Real"la oyunundakı hakim idarəçiliyindən narazı qalıb.

Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisi "El Klasiko"da Lamine Yamalın zərbəsindən sonra topun qapı xəttini keçdiyini iddia edir. Klubun prezidenti Xoan Laporta məsələ ilə bağlı açıqlama verib:

"Bu epizodun qol olduğunu düşünürük. Oyunun yenidən keçirilməsini tələb edə bilərik".

"Barselona" həmçinin, mövsüm boyunca hakim səhvlərinə görə xallar itirdiyini iddia edir.

Xəbər xətti