Cavid Hüseynovun komandası liderə məğlub oldu - VİDEO

19:33 - 22 Aprel 2024

Futbol üzrə Azərbaycan II Liqasında XXII turun görüşləri keçirilir.

Sportal.az xəbər verir ki, bu gün Cavid Hüseynovun baş məşqçisi olduğu "Cəbrayıl" öz meydanında lider "Baku Sportinq"i qəbul edib. Qarşılaşma paytaxt təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 52-yə yüksəldən "Baku Sportinq" liderliyini davam etdirir. 46 xalı olan "Cəbrayıl" isə 2-ci yerdədir.

"Cəbrayıl" - "Baku Sportinq" 0:1
Qol: 
Aqşin Paşayev, 41

Xəbər xətti