"Qəbələ"nin uduzduğu komanda Gənclər Liqasını qazandı

11:35 - 23 Aprel 2024

"Olimpiakos" UEFA Gənclər Liqasının qalibi olub.

Sportal.az xəbər verir ki, Pirey təmsilçisi finalda "Milan"la qarşılaşıb.

Matç yunanların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. 

"Olimpiakos"un qollarını Kristos Mouzakitis, Antonios Papakanellos və Teofanis Bakulas vurub. 

Matç İsveçrənin Nyon şəhərindəki "Kolovray" stadionunda keçirilib.

Qeyd edək ki, “Olimpiakos” bu mövsüm Gənclər Liqasının II təsnifat mərhələsində “Qəbələ”ni turnirdən kənarlaşdırmışdı. Qəbələdə 3:0 qalib gələn yunanlar, evdə də 4 cavabsız qolla qazanmışdı.

Xəbər xətti