"Porto"nun yarımmüdafiəçisi "Bavariya"ya doğru

15:34 - 23 Aprel 2024

"Porto"nun yarımmüdafiəçisi Alan Varela "Bavariya"ya keçə bilər.

Sportal.az "Bild"ə istinadən xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi Münhen klubunun maraq dairəsindədir.

Artıq tərəflər arasında danışıqlar başlayıb.

Argentinalı futbolçu hazırda "Bavariya"nın əsas transfer hədəfidir. 

22 yaşlı futbolçu 2023-cü ildə "Boka Xuniors"dan "Porto"ya keçmişdi.

Xəbər xətti