"Neftçi"nin legioneri: "Fürsət düşsə, Rumıniyaya qayıdardım"

13:17 - 23 Aprel 2024

"Neftçi"nin braziliyalı müdafiəçisi Yuri Matias Rumıniyanın "ÇFR Kluj" klubuna qayıtmaq ehtimalından danışıb.

Sportal.az xəbər verir ki, "Prosport"a açıqlama verən futbolçu "Neftçi"nin ikinciliyi hədəflədiyini də bildirib:

"Son xəbərləri oxudum, amma “ÇFR Kluj”a qayıtmağımla bağlı heç nə bilmirəm. Ancaq hamının bildiyi kimi, futbolda hər şey mümkündür. Bilirəm ki, məni təkcə “ÇFR Kluj”da deyil, bütövlükdə Rumıniyada da dəyərləndirirlər. Odur ki, fürsət düşsə, təbii ki, ora qayıdardım. Təəssüf ki, gördüyüm kimi, hazırda komandanın işi yaxşı deyil. Ümid edirəm ki, o, yenidən güclü olacaq.

"Neftçi"yə gəlincə, özümü burada yaxşı hiss edirəm. Demək olar ki, hər matçda imkanım olanda oynayırdım. Bu mövsüm “Qarabağ”la çempionluq uğrunda mübarizə aparmaq şansımız yoxdur, ona görə də ikinci yeri hədəfləyirik. Biz buna çalışırıq".

Xatırladaq ki, braziliyalı "Neftçi"yə ötən yay "ÇFR Kluj"dan keçmişdi. Onun "ağ-qaralar"la müqaviləsi isə 2025-ci ilin iyun ayına qədərdir.

Xəbər xətti