"Füzuli" "Şəmkir"i xalsız yola saldı - VİDEO

20:56 - 23 Aprel 2024

Futbol üzrə Azərbaycan II Liqasında XXII turun görüşləri keçirilib.

Sportal.az xəbər verir ki, bu gün "Füzuli" öz meydanında "Şəmkir"i qəbul edib. Qarşılaşma ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 49-a yüksəldən "Füzuli" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. 13 xalı olan "Şəmkir" isə sonuncu yerdədir.

"Füzuli" - "Şəmkir" 3:1
Qollar: 
Haqverdi Həsənov, 21, Elvin Nəsibov, 56, Emin Quliyev, 65 - Asim Quliyev, 41

Xəbər xətti