Olivye Jiru ABŞ klubunda

10:51 - 24 Aprel 2024

"Milan"ın hücumçusu Olivye Jiru karyerasını ABŞ-də davam etdirəcək.

Sportal.az xəbər verir ki, fransalı futbolçu "Los Anceles" klubu ilə razılıq əldə edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

37 yaşlı forvard yaxın saatlarda MLS təmsilçisi ilə 2025-ci ilin sonuna kimi nəzərdə tutulan müqavilə imzalayacaq.

Qeyd edək ki, "Milan" Olivye Jirunu 2021-ci ilin yayında "Çelsi"dən transfer edib. Fransa millisinin üzvü bu mövsüm A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 42 rəsmi matçda 15 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti