İranlı futbolçu "İnter"də - RƏSMİ

11:40 - 5 May 2024

"İnter" hücum xəttini yeni oyunçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, İtaliya çempionu "Portu"da çıxış edən Mehdi Taremini rənglərinə bağlayıb. Bu barədə Milan təmsilçisinin baş məşqçisi Simeone İnzagi məlumat verib.

"İnter" yayda Portuqaliya klubu ilə müqaviləsi başa çatan iranlı forvardı pulsuz heyətinə qatıb.

Qeyd edək ki, "Portu" Mehdi Taremini 2020-ci ilin yayında "Rio Ave"dən transfer edib. 31 yaşlı hücumçu bu mövsüm komandanın heyətində meydana çıxdığı 32 rəsmi matçda 9 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti