"Araz-Naxçıvan"ın sabiq baş məşqçisi vəfat edib

15:04 - 24 Aprel 2024

"Araz-Naxçıvan"ın sabiq baş məşqçisi Hafiz Əliyev dünyasını dəyişib.

Sportal.az xəbər verir ki, bu barədə Muxtar Respublika təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Hafiz Əliyev 1983-85-ci illərdə “Araz” futbol komandasının baş məşqçisi, müxtəlif illərdə isə Naxçıvan Futbol Federasiyasının baş katibi olub.

Xəbər xətti