Premyer Liqa klubları Azərbaycan millisinə yeni cəlb edilən futbolçunu istəyir

10:19 - 25 Aprel 2024

Azərbaycan millisinə bu il cəlb edilən, “FİFA series” turnirində Monqolustan və Bolqarıstanla görüşlərdə meydana çıxaraq ilk oyunlarını keçirən Emil Mustafayev Premyer Liqa klublarımızın diqqət mərkəzindədir.

Sportal.az saytına verilən məlumata görə, "Neftçi" "Polesye"də çıxış edən yarımmüdafiəçini heyətinə qatmaqda maraqlıdır. 

Belə ki, yay transfer pəncərəsi zamanı Mustafayevlə müqavilə imzalamaq istəyən tək klub "Neftçi" deyil. Amma "ağ-qaralar" da millimizin yeni üzvü uğrunda mübarizə aparır.

Ancaq iddiaya görə, Mustafayev klub karyerasını Azərbaycanda davam etdirməyə tələsmir. İstənilən halda, o, yayda təkliflərlə bağlı götür-qoy edərək, yeni mövsümə harada başlayacağına qərar verəcək. "Aleksandriya" yetirməsi olan Emil yayda "Polesye" ilə 4 illik müqavilə imzalayıb.
 

Xəbər xətti