AFFA açıqladı: Final görüşünün məkanı və saatı bəlli oldu

17:16 - 24 Aprel 2024

AFFA Region Liqasının final oyununun yeri və başlama saatı müəyyənləşib.

Sportal.az xəbər verir ki, yarışın həlledici görüşü mayın 24-də, saat 16:00-da Şamaxı şəhər stadionunda keçiriləcək.

Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, AFFA Region Liqasının 2023/2024 mövsümündə 1/4 final mərhələsinin ilk oyunları baş tutub.

Cavab matçları aprelin 27-də və 28-də keçiriləcək.

Xəbər xətti