"İmişli"nin "Zaqatala" üzərində qələbəsi - VİDEO

23:03 - 25 Aprel 2024

Futbol üzrə Azərbaycan I Liqasında XXIII tura start verilib.

Sportal.az xəbər verir ki, bu gün "İmişli" doğma meydanda "Zaqatala"nı qəbul edib. Qarşılaşma ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 46-ya yüksəldən "İmişli" turnir cədəvlinin 2-ci pilləsində qərarlaşıb. 26 xalı olan "Zaqatala" isə 6-cı yerdədir.

"İmişli" - "Zaqatala" 2:1
Qollar: 
İbrahim Əliyev, 9, Elnur Cəfərov, 64 - Rəhman Şabanov, 45+4 (pen)

Xəbər xətti