Musa Qurbanlı oynamadı, "Yurqorden" uduzdu

09:18 - 26 Aprel 2024

Azərbaycan millisinin forvardı Musa Qurbanlının formasını geyindiyi "Yurqorden" İsveç çempionatında 5-ci turun görüşünü keçirib.

Sportal.az xəbər verir ki, onun komandası "Malmö" ilə üz-üzə gəlib.

Bu dəfə də millimizin hücumçusunun adı görüşün iştirak ərizəsinə daxil edilməyib.

Qurbanlının yoxluğunda "Yurqorden" 0:1 uduzub.

Həmin komanda 7 xalla 7-ci pillədədir. 

Xəbər xətti