"Beşiktaş" müdafiəçi ilə müqavilə imzaladı

17:16 - 26 Aprel 2024

Türkiyənin "Beşiktaş" klubunda yeni müqavilə qeydə alınıb.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi Tayyip Talha Sanuçun sözləşməsinin müddətini uzadıb. Bu barədə "TRT Spor" məlumat yayıb.

24 yaşlı mərkəz müdafiəçisi 2027-ci ilin yayına kimi "qara qartallar"a məxsus olacaq.

Qeyd edək ki, "Beşiktaş" Tayyip Talha Sanuçu 2022-ci ilin yayında "Adana Demirspor"dan transfer edib. Türk futbolçu bu mövsüm zədə səbəbindən az forma şansı qazanıb. O, 5 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti