Azərbaycan yığması tacikləri məğlub edə bilmədi

15:34 - 28 Aprel 2024

Bu gün Azərbaycanın U-16 yığması Belarusun Minsk şəhərində keçirilən UEFA-nın inkişaf turnirində sonuncu oyununa çıxıb.

Sportal.az xəbər verir ki, İlham Yadullayevin rəhbərlik etdiyi kollektiv turnirdəki sonuncu oyununu Tacikistandan olan həmyaşıdlarına qarşı keçiriblər. 

Yığmamız Tacikistanla 2:2 hesablı bərabərə qalıb. 

Bundan qabaq isə U-16 komandamız Belarusa 0:4, Özbəkistana 0:2 hesabı ilə uduzub. 

Xəbər xətti