Polşalılar Rahil Məmmədovun performansını bəyənmədi: "Ən pis oyunu oldu"

19:23 - 28 Aprel 2024

Polşa mətbuatı futbol üzrə ölkə çempionatının 30-cu turunun “Qurnik”ə qarşı oyununda (1:4) "LKS Lodz"un azərbaycanlı müdafiəçisi Rahil Məmmədovun çıxışını qiymətləndirib.

Sportal.az "Łódzki Sport"a istinadən xəbər verir ki, polşalı həmkarlarımız Rahillə bağlı bunları yazıb:

"Bu, Məmmədovun LKS-dəki ən pis oyunlarından biri oldu. Buraxılan iki qolun günahkarlarından biri də o oldu: ikincidə Ennali onu rahat keçdi,  dördüncüdə isə Məmmədov əsas dueldə Muselekə uduzdu, nəticədə rəqib forvard üçün boş zona açıldı. Xoşbəxtlikdən, bu vəziyyətlər onun oyunu haqqında bütün həqiqəti söyləmir - vacib duellərdə qalib gəldiyi və “Qurnik”in əks-hücumlarının qarşısını aldığı kəsdiyi bir çox epizodlar da var idi. Bununla belə, görüşün əsas məqamlarında onun reaksiyasına görə ilk növbədə stoperi cavabdeh hesab edirik. Bu anlarda isə Məmmədov kifayət qədər yaxşı deyildi".

Qeyd edək ki, “LKS Lodz”21 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.
 

Xəbər xətti