Yığma komandamızda dəyişiklik edildi

14:18 - 29 Aprel 2024

18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində daha bir dəyişiklik edilib.

Sportal.az xəbər verir ki, "Sumqayıt"ın futbolçusu Aftandil Arıxovun yerinə “Neftçi” komandasından Eldar Babayev milliyə dəvət olunub.

Qeyd edək ki, aprelin 28-də Dalğa Təlim-Məşq Mərkəzində seleksiya xarakterli təlim-məşq toplanışına başlayıb.

Hazırlıq mayın 3-dək davam edəcək.

Xəbər xətti