"Fənərbaxça"nın futbolçusu üçün mövsüm bitdi: Avro-2024-ü buraxa bilər

16:14 - 29 Aprel 2024

Türkiyənin "Fənərbaxça" klubunun heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin yarımmüdafiəçisi İsmail Yüksek sıradan çıxıb. 25 yaşlı orta xətt oyunçusu Super Liqanın 34-cü turunun "Beşiktaş"la oyununda (2:1) zədələnib.

Türk futbolçu topuğundan zədə alıb. Onun mövsümün sonuna kimi yaşıl meydanlardan uzaq qalacağı bildirilir. Türkiyə millisinin üzvünün Avro-2024-ü buraxmaq ehtimalı da var.

Qeyd edək ki, İsmail Yüksek bu mövsüm "Fənərbaxça"nın heyətində meydana çıxdığı 47 rəsmi matçda 1 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti