"Qalatasaray"ın futbolçusuna Səudiyyə Ərəbistanından təklif

18:51 - 29 Aprel 2024

İcarə əsasında "Qalatasaray"da çıxış edən Hakim Ziyeş karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Əl-Şabab" mərakeşli vingeri transfer etmək istəyir. Bu barədə Fransa mətbuatı məlumat yayıb.

Ərəblər 31 yaşlı futbolçuya 2,5 illik müqavilə üçün ümumilikdə 37 milyon avro maaş təklif edib.

"Əl-Şabab" Ziyeşi 2023-cü ilin yayında da heyətinə qatmaq istəyirdi. Təcrübəli oyunçu tibbi müayinədən keçə bilmədiyi üçün transfer baş tutmamışdı.

Qeyd edək ki, "Qalatasaray" Hakim Ziyeşi mövsümün əvvəlində "Çelsi"dən icarəyə götürüb. Mərakeş millisinin üzvü "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 20 rəsmi matçda 6 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Türkiyə klubu istəsə, futbolçunu yayda pulsuz transfer edə bilər.

Xəbər xətti