"Çelsi"dən ayrılacağını açıqladı

19:35 - 29 Aprel 2024

"Çelsi"nin müdafiəçisi Tiaqo Silva gələcəyi ilə bağlı qərar verib.

Sportal.az xəbər verir ki, braziliyalı futbolçu mövsümün sonunda London təmsilçisini tərk edəcək. Silva bu barədə klubun mətbuat xidmətində açıqlamasında məlumat verib.

39 yaşlı mərkəz müdafiəçisi Premyer Liqa klubu ilə mövsümün sonunda başa çatan müqaviləsinin müddətini uzatmayacaq.

Qeyd edək ki, Tiaqo Silva 2020-ci ilin yayından "Çelsi"də çıxış edir. Braziliya millisinin üzvü bu mövsüm "mavilər"in heyətində meydana çıxdığı 34 rəsmi matçda 4 qol vurub.

Xəbər xətti