"Milan" mövsümün sonunda Serjiu Konseysau ilə yollarını ayıracaq.
Sportal.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, A Seriyası nəhənginin baş məşqçi postu üçün namizədi də bəllidir.
"Rossonerilər"in əsas hədəfi hazırda işsiz olan Mauritsio Sarridir. "Milan" rəhbərliyi italyan mütəxəssislə danışıqlara başlamağı planlaşdırır.
Qeyd edək ki, Mauritsio Sarrinin son iş yeri "Latsio" olub. 66 yaşlı məşqçi ötən ilin mart ayında istefaya göndərilib.
saytlarin hazirlanmasi