Emin Mahmudov üçün 200-cü kapitanlıq

17:17 - 6 Oktyabr 2025

Misli Premyer Liqasının VII turu “Neftçi”nin futbolçusu Emin Mahmudov üçün əlamətdar olub.

Sportal.az xəbər verir ki, o, 200-cü dəfə oyuna “ağ-qaralar”ın kapitanı kimi çıxıb. Yarımmüdafiəçinin yubileyində komandası “Zirə” ilə məhsuldar heç-heçə edib – 2:2.

Emin ilk dəfə 2017/18 mövsümündə “Neftçi”nin kapitanı kimi meydana çıxıb. O, Premyer Liqada 161, ölkə kubokunda 15, avrokuboklarda 24 görüşə sarğı ilə başlayıb.

Qeyd edək ki, Mahmudov “ağ-qaralar”ın heyətində ümumilikdə 262 oyun keçirib.

Xəbər xətti